Psoriaz dünyada milyonlarla insanın əziyyət çəkdiyi dəri xəstəliyidir. Əsas əlamətləri dəridə ləkələr, narahatlıq, bəzən isə ağrıdır.
Bəs bu xəstəlikdən necə xilas olmaq olar?
Medicina.az bu xəstəliyi yüngülləşdirmək üçün bəzi məsləhətlət verir:
Aloe tətbiq edin
Aloe tərkibli kremlər və gellər psoriaz zamanı yaranan qaşınma, qızartı və quruluğu aradan qaldırır.
•Aloe tərkibli kremi problemli zonaya çəkin.
•Müsbət nəticə əldə etmək üçün kremdən fasilə vermədən uzun müddət istifadə edin. Yaxşı olardı ki, gün ərzində bir neçə dəfə dərinizin psoriazlı bölgələrinə çəkəsiniz.
Balıq yağı istifadə edin
Balıq yağında olan Omeqa3 yağ turşusu psoriazın əlzmətlərini aradan qaldırır.
•Balıq yağını qida əlavəsi kimi qəbul edin.
•Həddi aşmamaq üçün bağlamanın üzərindəki qaydalara ciddi çəkildə riayət etmək tələb olunur.
Dəriyə zirinc tərkibli vasitələr tətbiq edin
Zirinc tərkibli təbii vasitələri psoriazlı dəri bölgələrinə çəkərək onun kiçilməsinə nail olmaq mümkündür. Tərkibində zirinc ekstraktı olan məlhəmlər və kremləri apteklərdən də əldə etmək olar.
Hər gün vanna qəbul edin
•Vanna qəbul etmək dərinin təmziliyini və iltihablaşmasını aradan qaldırır. Vanna üçün ilıq su istifadə edin. Qaynar su dərini qıcıqlandıra və və xəstəliyin əlamətini kəskinləşdirə bilər.
•Vanna qəbul edərkən təbii tərkibli sabundan istifadə edin. Əks halda xəstəliyin əlamətləri arta bilər.
Günəş vannası qəbul edin
Hər gün dərini günəş şüalarına məruz qoymaq xəstəlik zamanı çox kömək olur. Amma həddən artıq günəş şüası xəstənin vəziyyətini daha da kəskinləşdirə bilər. Yaxşı olardı ki, günəş vannasını səhər tezdən qəbul edəsiniz.
Stresdən uzaq durun
Araşdırmalar göstərib ki, stress psoriazın əlamətlərini kəskinləşdirir.
•Xəstə yaxşı istirahət etməlidir.
•Daha çox hərəkətdə olmaq lazımdır. Yaxşı olardı ki, yoqa və meditasiya ilə məşğul olasınız.
Arzu
Medicina.az