Gündə 1 ədəd duzlu xiyar yedikdə beynimizdə nə baş verir? - Alimlər yenə təəccübləndirir

  • 2018.12.20 14:06
  • 29373 Baxış
Gündə 1 ədəd duzlu xiyar yedikdə beynimizdə nə baş verir? -  Alimlər yenə təəccübləndirir

Duza qoyulmuş tərəvəzlərin mövsumu artıq başlayıb. Bəzi alimlər duzluların orqanizmə mənfi təsir göstərdiyini qeyd etsə də, digər qismi onların faydalı tərəflərini açıqlayır.


Medicina.az xəbər verir ki, duzlu xiyar nevroz zamanı yaxşı təsir göstərir. Hər gün 1 ədəd duzlu xiyar yesəniz, əsəbləriniz sakitləşəcək, depressiyaya az meyilli olacaqsınız. Bunun səbəbi isə marinad olunmuş tərəvəzlərin sakitləşdirici effektə malik olmasıdır. 


Onları istifadə edərkən biz beynimizə xoşbəxtlik hormonu sintez etməsinə yardım edən fermentlər göndərmiş oluruq. Alimlərin apardıqları araşdırmanın nəticələrinə görə, mütəmadi olaraq şoraba istifadə edən insanlar daha az həyəcanlı və nevroza az meylli olurlar. 1 ay ərzində mütəmadi olaraq duza qoyulmuş tərəvəzlərdən istifadə etsəniz, əsəbləriniz poladdan olacaq. 


Araşdırmaçıların fikrincə, daimi effekt əldə etmək üçün şorabalardan mütəmadi olaraq istifadə etmək lazımdır. 


Arzu

Medicina.az

Həmçinin oxu: