Duza qoyulmuş kələm limondan daha xeyirli imiş – Kələm növlərinin orqanizmə faydaları

  • 2018.12.11 17:01
  • 48356 Baxış
Duza qoyulmuş kələm limondan daha xeyirli imiş –  Kələm növlərinin orqanizmə faydaları
C vitamini deyəndə ağıla ilk növbədə sitrus meyvələri gəlsə də, məlum olub ki, C vitamini adi kələmin tərkibində daha çoxdur. Həmçinin kələmdə nadir tapılan U vitamini, fol turşusu, B qrup vitaminləri, E, K, PP, fosfor, kaliy, maqniy, ftor, sink və çox sayda digər minerallar var. 


Kələm ən az kalorili tərəvəzdir. Hər növ kələmin öz istifadə qaydası, faydası və çatışmazlıqları var.


Medicina.az duzlu kələmdən tutmuş cırtdan kələmə kimi bütün kələmlərin təsnifatını təqdim edir.


Kələm şorabası – Malakansayağı


Ağ kələm nazik doğranılıb, kök ilə duza qoyulduqda və sutkalıq 100 qr yeyildikdə, bir insanın sutkalıq C vitamini tələbatını ödəyir. Xüsusən turşuya qoyulan kələmdə vitamin ehtiyatı daha da artır. Bu kələmdə süd turşusu əmələ gəlir ki, o da bağırsaq mikroflorasını normallaşdırır, bir çox qarın, bağırsaq xəstəliklərində faydalıdır. Amma kəskin xora və qastritdə əks göstərişdir. 


Duza qoyulmuş brokkoli, gül kələmi və ağ kələmdə dəmir daha çox olur və onları yedikdə qana daha tez sovrulur. Şoraba kələmdə çoxlu orqanik turşular formalaşır: alma, limon, askorbin.

 



 

Ağ baş kələm


Bir tərəfdən onda vitamin və minerallar çoxdur, aşağı kalorilidir, dietikdir, digər tərəfdən xardal yağı, acılıq verən yağlar, kobud və gec həzm olunan liflər olduğundan köp, meteorizm yaradır. Qışda kələmdə C vitamini azalır, ona görə qışda daha çox turşu kələm yemək məsləhətdir. 


Xalq təbabətində kələm suyu mədə xorasına dərman hesab edilir, çünki kələmdə unikal U vitamini var ki, o da mədənin selikli qişasını xora, eroziyadan qoruyur. Yox, əgər xora, qastrit helikobakteri səbəbindən yaranıbsa, bu zaman antibiotik kursu lazımdır, kələm kömək etməz.


Tibb isə ağ kələmi qaraciyər və bağırsaq iltihabı xəstəliklərində məsləhət bilmir.


Qırmızı kələm


Kələmə qırmızı rəng verən antosian piqmentidir. Qırmızı kələm güclü antioksidantdır, stress, yorğunluq, hüceyrələrin qocalması, görmənin zəifləməsinə qarşı istifadə olunur. 


Həftədə 3 dəfə qırmızı kələm yeyənlərdə infarkt riski 30% azalır. Amma qırmızı kələmin lifləri daha kobuddur, güclü köpü olanlara məsləhət deyil.

 

Похожее изображение


 

Brokolli – kələmlərin ən bahalısı


Şiş, onkologiya əleyhinə çempiondur. Onda xərçəngəleyрinə qistidin var ki, şiş hüceyrələrinin böyüməsini əngəlləyir. Brokkoli ürək-damar, gözlə bağlı xəstəliklərdə effektivdir. Onda lipoeva turşusu var ki, bədəndən duzları, ağır metalları kənarlaşdırır, yağ mübadiləsini normallaşdırır, xolesterini azaldır, diabetin ağırlaşmalarının qarşısını alır. Brokkolidə kalsiy çox olduğundan südü həzm etməyən insanlara kalsium mənbəyi kimi tövsiyə edilə bilər.


Uşaqlara körpə yaşından brokolli sevdirmək lazımdır. Kələmin atom bombasından sonra yaranan partlayışa və göbələyə oxşar forması onu deməyə əsas verir ki, bu kələm radiasiya, şüalanma təsirlərini azaldır, şiş hüceyrələrindən qoruyur, göbələklərlə də mübarizə aparır.


Brüssel kələmi 


Kələmlərin ən zərifidir. Kobud liflər demək olar yoxdur. O, köp yaratmır. Ən çox bu kələmdə C vitamini var. İmmun sistemi, bağırsaq mikroflorasını balanslaşdırır. 


Gül kələmi


Xərçəng əleyhinə təsiri var. Əgər çiy yesəniz, sutkalıq vitamin ehtiyatını almış olarsınız. Onda efir yağları az olduğundan qaraciyər xəstələri və körpə uşaqlar üçün də uyğundur. Onda K vitamini var. Çox dietik məhsuldur. 


Kolrabi


Turp kələm adını almış bu kələm növü 3 rəngdə olur. Hipertoniklər üçün ən uğurlu seçimdir. Damarların tıxanmasının qarşısını alır, qan dövranını yaxşılaşdırır, orqanizmdən artıq duzu qovub çıxarır, damarları genişləndirir, bunun da nəticəsində təzyiqi salır. Tərkibində kaliy, maqniy çox olduğundan sinir sistemini, əzələləri möhkəmlədir.

 

Картинки по запросу пекинская капуста


Pekin kələmi


Çox zaman onu salat yarpaqları ilə səhv salırlar, bu, doğru deyil. Bu, kələmdir və kələmin xüsusiyyətlərini özündə birləşdirib. Asiya mətbəxində onu qızardır, bişirir, qurudur, çiy halda yeyirlər. Ən az kalorili qidadır. Uşaqlar üçün də faydalıdır. Qanın keyfiyyətini yaxşılaşdırır, qışda virus infeksiyalarından qoruyur, zehni açır, immuniteti yaxşılaşdırır.

 

Aygün

Medicina.az

Duza qoyulmuş kələm limondan daha xeyirli imiş –  Kələm növlərinin orqanizmə faydaları
Duza qoyulmuş kələm limondan daha xeyirli imiş –  Kələm növlərinin orqanizmə faydaları
Duza qoyulmuş kələm limondan daha xeyirli imiş –  Kələm növlərinin orqanizmə faydaları