Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Diqqətlə baxsanız, hamısını oxuyacaqsınızÜzünüzdə “yazılmış” xəstəlik əlamətləri

  • 2018.01.12 11:19
  • 23202 Baxış
- Diqqətlə baxsanız, hamısını oxuyacaqsınız Üzünüzdə “yazılmış” xəstəlik əlamətləri
Üzdə baş verən bir sıra dəyişikliklər vitamin əksikliyindən xəbər verə bilər. Mütəxəssislər hər insanın öz üzünə diqqət ayırmasının vacib olduğunu bildiriblər. 


Medicina.az üzdəki vitamin əksikliyini göstərən 5 işarəti təqdim edir:


Dərinin çox quru olması düzgün qidalanmamanın göstəricisidir. Quru dəriniz varsa, bu A və C vitamininin əksikliyindən xəbər verir.


Üzünüzdə olan sızanaqlar A, E və B vitamininin əksikliyi səbəbi ilə ortaya çıxa bilər.


Bunun üçün fındıq, yaşıl tərəvəzlər, zeytun yağı, yumurta yeyilməlidir.


Solğun dodaqlar – Bu görüntünün olması adətən dəmir əksikliyindən irəli gəlir.


Bu səbəbdən menyunuzda qurudulmuş lobya, ispanaq, qara ciyər olmalıdır.


Çatlayan dodaqlar – qışda bir çox insanın dodağı çatlayır. Ancaq mütəmadi olaraq bu hal yaşanırsa bunun səbəbi vitamin əksikliyidir. Bu hal B vitamininin azlığından irəli gəlir. Həmçinin vücudunuzda mayenin az olduğuna dəlalət edir.


Gözünüzün altında şişlərin yaranması qan dövranının zəifliyindən xəbər verir. Bununla yanaşı potasium, maqnezium kimi mineral əksikliyinə də səbəb olur.

Belə halda banan, dəniz yosunu, turp, ispanaq kimi qidalardan istifadə etməyiniz məsləhət görülür.

 

Şəhanə Quliyeva

 

- Diqqətlə baxsanız, hamısını oxuyacaqsınız Üzünüzdə “yazılmış” xəstəlik əlamətləri
- Diqqətlə baxsanız, hamısını oxuyacaqsınız Üzünüzdə “yazılmış” xəstəlik əlamətləri
- Diqqətlə baxsanız, hamısını oxuyacaqsınız Üzünüzdə “yazılmış” xəstəlik əlamətləri