Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünü rəhbərliyə göstərmək istədi, xəstələrə ölümcül iynə vurdu- 100-dən çox xəstəni öldürən tibbi işçisi məhkəmədə

  • 2018.11.03 19:02
  • 9002 Baxış
Özünü rəhbərliyə göstərmək istədi, xəstələrə ölümcül iynə vurdu-  100-dən çox xəstəni öldürən tibbi işçisi məhkəmədə
 

Almaniyada dəhşətli cinayət əməlləri üzə çıxan tibb qardaşının ( orda kişilər də bu işdə çalışır) məhkəməsə sensasiyaya səbəb olub. Nils Heqel adlı tibb işçisi 1999-2005-ci illər arasında işlədiyi xəstəxanalarda 100-ə yaxın pasiyentin ölümündə günahlandırılır.


Medicina.az xəbər verir ki, o pasiyentlərə ölümcül dozada dərman verərək, onları ürək tutmalarına salırdı. Daha sonra səbəbi bildiyi üçün dərhal tibbi yardım göstərərək onları xilas edib, özünü rəhbərlik qarşısında savadlı, bacarıqlı kadr kimi göstərirdi. Məhkəmədə o bu niyyətini etiraf edərək, kolleqalarından seçilmək və daha çox tərif almaq məqsədi daşıyırmış.


41 yaşlı Heqel əvvəlcə 2 pasiyentin ölümünə görə həbs olunub. Məhkəmə zamanı daha çox xəstəyə iynə vurduğunu dedikdən sonra 130 meyit yenidən eskumasiya olunub. Ölmüş xəstələrin yaxınları məhkəməyə axışıb.  Onlar tələb edir ki, necə olub ki, sıravi bir tibb işçisi xəstəxanada bu qədər sərbəst hərəkət edib və heç kim nəzarət etməyib.

 

Qurbanların yaxınları şəhər meriyasını və səhiyyə idarəsini bu qədər ağır işi ört-basdır etməyə çalışır. Jurnalistlərin sayəsində məhkəmə mətbuata sızıb və geniş müzakirədən sonra qatib tibb işçisinin işi daha da dərinləşib. Hazırda ekspertlər Nagelin bu davranışında seriy qətl elementləri və istəyinin olub-olmamasını araşdırır. Çünki bu qədər xəstə ölümü sırf özünü rəhbərliyə göstərmək səbəbindən ola bilməzdi.

 

 


Özünü rəhbərliyə göstərmək istədi, xəstələrə ölümcül iynə vurdu-  100-dən çox xəstəni öldürən tibbi işçisi məhkəmədə