Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünü döyəclə, nə qədər ki, xəstəlik səni döyməyib- Bədəni döyməyin faydaları

  • 2018.04.10 19:00
  • 29422 Baxış
Özünü döyəclə, nə qədər ki, xəstəlik səni döyməyib-  Bədəni döyməyin faydaları

Bədənin müxtəlif nahiyələrini döymək, vurmaq, döyəcləmək – sağlamlıq üçün faydalıdır, ömrü uzadır, əzələ və damarları açır, orqanizmin tonusu artırır, qan dövranını yaxşılaşdırır.

 

Bu metodu masajla səhv salmayın, həqiqətən şəfaverici təsiri var. Ruhun və bədənin emosional gərginliyini götürür.  Bədəndə meridianlar sanki oyanır, durğunluq aradan qalxır, enerji dövranı,axını güclənir. Enerji gücləndikdə isə bir çox xəstəliklər sağalma mərhələsinə qədəm qoyur. 


Baş, boyun nahiyəsinin döyəclənməsi:

Stulda beli düz tutmaqla əyləşirsiz, baş dik saxlanılır, bədən boşaldılır. Əlləri yuxarı qaldırıb, ovucların içi ilə boyun və baş hissəsi döyəclənir. 5-8 dəfə təkrarlayın. 


Bu hərəkət qan dövranını yaxşılaşdırır, baş ağrısını, sıxılmasını aradan qaldırır.


Boyun və döş qəfəsinin döyəclənməsi

Düz durun, rahat olun. Yarı bağlanmış yumruqlarınızla döş qəfəsinin sağ-sol hissəsini doyəcləyin. Hər tərəfi 100 dəfə. Sonra kürəyinizi döyəcləyin.

Bu hərəkət tənəffüs yolları xəstəliklərini qaldırır, tənəffüsü yaxşılaşdırır, damarları açır.

Çiyinləri döyəcləyin

100 dəfə hər çiyini döyəcləməklə çiyin, qol ağrıları, ostexondrozda faydalıdır.


Ayaqların döyəclənməsi

Sağ və sol ayağın ovucların içi və barmaqların ucu ilə 100 dəfə döyəclənməsi qan dövranını yaxşılaşdırır, ayaq ağrılarını azaldır, insan rahatlaşır.

İlk başda döyəcləmə yüngül olmalıdır, sonra gücü artıra bilərsiz. Proses zamanı düzgün nəfəsalmaya fikir verin. 

 


Kimlərə məsləhətdir:


Oturaq işdə çalışanlara, qorxusu, gərginliyi, nevrozu olanlara

Fiziki ağrısı olanlara, travma alanlara, beyin yorğunluğu olanlar

Daha dərində olan problemlərin kökünü oyadır, sağaldır.

Depressiyada olub, neqativ emosiyalardan qurtulmaq istəyənlər mütləq bu üsulu sınasın