Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üzüm ağciyər xərçəngi müalicəsində faydalıdır

  • 2018.10.10 15:43
  • 10220 Baxış
Üzüm ağciyər xərçəngi müalicəsində faydalıdır
Üzüm qabığında olan resveratrol adlı maddənin nazal tətbiqi ağciyər xərçəngində effektiv təsir göstərir. 


Medicina.az xəbər verir ki, Scientific Reports elmi dərgisində çap olunan elmi araşdırmanın nəticəsində məlum olub ki, Cenevrə Universitetinin alimləri bu maddəni uğurla siçanların üzərində sınayıblar.


Resveratroд – təbii fitoaleksindir, o, parazit, bakteriya, göbələklərdən müdafiə reaksiyası yaradır. 

Araşdırmada məlum olub ki, bu maddə ağızdan qida kimi qəbul etdikdə faydalı xassəsini itirir. Həzm sistemi onu parçalayır. Ona görə maddəni buruna damcı yolu ilə daxil etmək daha yaxşı nəticə verir. 


Təcrübədə əvvəlcə siçanlara kanserogen preparatlar daxil ediblər. Onlarda ağciyər xərçəngi yaranıb.  Gəmiriciləri 4 qrupa bölüblər, 26 həftə ərzində bir qrupa nə resvaratrol verilir, nə kanserogen. İkinci qrupa təkcə kanserogen, üçüncü qrupa həm kanserogen, həm də resveratrol verilir. Dördüncü qrupa isə yalnız resveratrol verilib. 26 həftədən sonra IV qrupda şişin 40% azaldığı müşahidə olunub. 


Beləliklə sübut olunub ki, üzümdən alınan resveratrol ağciyər xərçəngi riskini azaldıb. Bir şərtlə ki,maddə nazal yolla yeridilsin. Hazırda alimlər biomarkerlərin araşdırılmasına başlayıb ki, resveratrolla məhz hansı xəstələrə müalicə oluna biləcəyi dəqiqləşsin.