Aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramova xərçəng xəstəliyinə qalib gəlib.
Medicina.az xəbər verir ki, bu barədə Z.Bayramova sosial şəbəkədə məlumat yayıb: ""Allaha min şükür! Sən çox böyüksən, ya Rəbbim! 9 aylıq müharibənin sonu və mən qalibəm! Dua yazan əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Hələ ki, sevincimdən söz tapa bilmirəm. Sizi sevirəm".
Qeyd edək ki, Zülfiyyə Bayramova mədə xərçəngindən əziyyət çəkirdi.