Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zülfiyyə Xanbabayeva mədəkiçiltmə etdirib?

  • 2024.08.27 10:24
  • 1301 Baxış
Zülfiyyə Xanbabayeva  mədəkiçiltmə etdirib?
Xalq artisti Zülfiyyə Xanbabayeva mədəkiçiltmə əməliyyatı ilə arıqlaması iddialarına cavab verib.

Medicina.az axsam.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən danışıb:

"Düz olmayan söhbətlər, şaiyələr də var idi. Şaiyələr o qədər böyümüşdü ki, öz yaxınlarım bilə-bilə ki, etdirməmişəm, şübhələnirdilər məndən. Bilirsiniz ki, qadınlar hamısı biri-birini tanıyır. Bakı balaca şəhərdir. Arıqlamağın bir yolu var, ağzını bağlayırsan, vəssəlam".

Sənətçi formada qalmaq üçün idmanla da məşğul olduğunu bildirib:

"Bir neçə dəfə pilateslə məşğul olmuşam. Gördüm ki, mənlik deyil. Çünki mənim üçün passiv idman növüdür. Daha çox enerji almaq istəyirəm, onu da üzərkən alıram".