Özü ağrıdan qıvrıldı, 9 xəstəni əməliyyat etdi – Kor bağırsaq ağrısına dözən cərrah
Özü ağrıdan qıvrıldı, 9 xəstəni əməliyyat etdi – Kor bağırsaq ağrısına dözən cərrah
2018.07.05 18:13
12479 Baxış
Medicina.az Shanghaiss saytına istinadən xəbər verir ki, Liang Fuçyun adlı cərrah səhər qarnında dəhşətli ağrılar ilə oyanır. Buna baxmayaraq, klinikaya gedərək əməliyyatlara başlayır. O, dostu həkim Şi-dən də xahiş edir ki, əməliyyatlarda iştirak etsin, birdən nəsə olsa, o davam etsin.
3-cü əməliyyat zamanı həkimin ağrıları o qədər artır ki, o əməliyyat gedə-gedə özünə iynələr vurdurur. 5-ci əməliyyatda həkim ağrıdan qışqıraraq, yerə oturur, yenə ağrıkəsici dozasını artıraraq davam edir.
Gün ərzində o 9 əməliyyat icra edir. Sonuncu əməliyyatda cərrahın xalatı tər-suyun içində idi. Həkimi USM edərək, kəskin appendisit diaqnozu qoyulur və təcili əməliyyata alınır. Qarın boşluğunu açanda appendiksin artıq irinlədiyini görürlər.
Cərrah özü bu qərarını belə izah edir: " Dünən işıqlar söndüyünə görə bir neçə əməliyyat da sabaha qalmışdı. Xəstələr məni gözləyirdi. Onlara təcili əməliyyat lazım idi. Mən isə dözərdim”.