Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zöhrə Əlimirzəyeva: "Ötən il 90490 nəfər qan verib

  • 2019.08.22 11:13
  • 4345 Baxış
Zöhrə Əlimirzəyeva:  "Ötən il 90490 nəfər qan verib
"2006-cı ildə "Qan və qan komponentlərinin donorluğu, qan xidmətinin təkmilləşdirilməsi" adlı dövlət proqramı qəbul olunub". Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O qeyd edib ki, İnstitutun nəzdində Mərkəzi qan bankı ilə yanaşı, 8 bölgədə qan bankının bölmələri açılıb. Z.Əlimirzəyevanın sözlərinə görə, talassemiyali xəstələrin ay ərzində 3-4 dəfə qan köçürməyə ehtiyacı olur: "Dövlət proqramı qəbul olunduqdan sonra donorların sayı artıb. 2013-cü ildə bu say 22812 idisə, 2018-ci ildə 90490 nəfər qan verib".