Endokrin xəstəlik olan qalxanvari vəzin patologiyaları, zob, hormonal pozuntu kimi xəstəliklərin hazırda 2 növ müalicəsi var: dərman müalicəsi və əməliyyat.
Alimlər bildirir ki, qalxanvari vəzin işini pozan səbəb neyro-immun-endokrin tənzimin pozulmasıdır. Əgər sinir, immun və endokrin sistem bərabər düzgün çalışırsa, qalxanvari vəzidə baş verən xırda dəyişiklik aradan qaldırılır, orqanizm özü-özünü sağaldır.
Medicina.az xəbər verir ki, hazırda yer üzündə yüz minlərlə insan hormonal dərmanlar alır, əməliyyat olur, eləcə də qalxanvari vəzin bədxassəli şişləri yayılıb.
Tibbdə endokrin xəstəliklərin müalicəsində çox adamın bilmədiyi və həkimlərin də tətbiq etmədiyi 3-cü bir metod da var imiş. Bu metodu 20 ildir tibbi təcrübədə Rusiyada tətbiq edirlər. Müalicə kompüter refleksoterapiya adlanır.
İnsan orqanizmində daxili instrument var, hansı ki, qalxanvari vəzin işində problem olduqda sinir, immun və endokrin sistemi sinxronizə edir. Bu, bioloji aktiv nöqtələrdir, vegetativ sinir sistemi ilə baş beyinə bağlıdır.
Bioloji aktiv nöqtələr vasitəsilə orqanizmə təsir iynəbatırma, elektropunktura, biopunktura və kompüter refleksoterapiyası ilə aparılır.
Kompüter reflekstoterapiya tokla bioloji aktiv nöqtələrə təsirdir, bu zaman xəstə heç bir cərəyan təsiri hiss etmir. Bu metod digərlərindən kor-koranə yox, dəqiq və kompüter proqramı olması ilə seçilir.
Komputer nöqtələrin rezervini görür və bioloji potensialı bərpa etmək üçün lazımi qədər cərəyan verir.
Müalicə seansları kurslarla davam etdirilir.
Adətən 3-4 kursdan sonra pasiyentdə xəstəliyin 80% simptomları itir, daha sonra 2 ildə bir dəfə profilaktik məqsədlə kurs olunur.
Metod məhz səbəbə təsir edir, qalxanvari vəzini yerli olaraq, bağlı olduğu sistemləri bərpa etməklə müalicə edir, vəz özü bərpa olur. Müalicənin effekti UZİ və analizlərlə təsdiq olunur.
Bu metoddan keçənlər sonradan hormonal dərmanlardan da azad olur.
Metodun müəllifi rusiyalı dosent Natalya Qavrilovadir. Bu icadına görə ona xüsusi orden də verilib.