Cərrahlar qalxanvari vəzidə yeni metodla və kəsiklə əməliyyat aparmağa başladılar.
Medicina.az xəbər verir ki, Kuban şəhər 1 saylı xəstəxnasının cərrahları unikal metodu həyata keçiriblər.
Onlar çoxnazik endoskopla kiçik kəsikdən qolaltı çökəkdən daxil olaraq qalxanvari vəzə çatıb, orda əməliyyat icra ediblər
Məlumdur ki, xəstələri bu əməliyyatdan sonra boğazda görünən kəsik, tikiş izi narahat edirdi.
Belə bir metodla boğazda heç bir iz qalmayacaq.
Bu endoskopların tətbiqi əməliyyatsonrası mərhələ də 2-3 dəfə azalıb. Belə ki, xəstələr 3 gün sonra evə yazılır.
Əməliyyat müddəti 1,5 saat çəkir. Bu metodla zob, düyün, bəd və xosxassəli şişlər, adenomalar çıxarıla bilər.