Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zobu olanların təzyiqi “oynaya” bilər

  • 2023.06.22 21:07
  • 1507 Baxış
Zobu olanların təzyiqi “oynaya” bilər
Hormonal dəyişikliklər, tiroid vəz və beyinlə bağlı problemlər aşağı qan təzyiqinə səbəb ola bilər. Bəzi hallarda troid vəzin zəifləməsi fonunda təzyiq tez – tez aşağı düşür.


“Medicina” xəbər verir ki, həkim – terapevt Tatyana Romanenkonun sözlərinə görə, qalxanvari vəzin fəaliyyətinin azalması səbəbindən aşağı qan təzyiqi ilə narahatlıq yaşayırlar.


“Azalmış təzyiq fonunda sağlamlıq vəziyyətinin pisləşməsi adekvat su rejiminə əməl edilməməsi səbəbindən baş verə bilər. Yəni insan çox az və ya əksinə, çox maye içdikdə və mineral maddələr mübadiləsi ilə bağlı problemlər olduqda yaranır.


Bundan əlavə, aşağı qan təzyiqi adrenal disfunksiyanı göstərə bilər. Digər səbəbləri beynin və servikal onurğanın işində pozğunluqlar ola bilər.


Bu halda su balansını aktivləşdirmək lazımdır. Şəkərli diabet yoxdursa, pendir, turşu xiyar yeməyə, şirin çay içməyə dəyər.


Əgər təzyiq birdən-birə düşərsə, bununla bərabər diskomford hiss etdikdə, mütləq həkimə müraciət edin.

Zob funksiyası zəiflədiyi zaman ümumi əlamətləri bunlardır:

• Bədəninizdə tez-tez zəiflik hiss edirsiniz
• Normal fəaliyyətlərlə tez yorulursuz
• Birdən başgicəllənmə olur

• Çox vaxt səbəbsiz baş ağrılarından əziyyət çəkirsiz
• Ürəkdə ağrı hiss edilir
• Gündüzlər sizi yuxululuq, gecələr isə yuxusuzluq narahat edir
• Bəzən iştaha ümumiyyətlə olmur

• Həzmlə bağlı problemlər var
• Bəzən huşunu itirmək üzrə olduğunu hiss edirsən

• Havanın dəyişməsini, atmosfer təzyiqini kəskin hiss edirsiz
• Səhər saatlarında bədən istiliyi 36 ° C-dən aşağı düşə bilər

Aynurə Məmmədova