Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zobu olanlar kələmdən uzaq dursun - Həkim

  • 2022.10.11 14:52
  • 1645 Baxış
Zobu olanlar kələmdən uzaq dursun  - Həkim

Kələm ən faydalı tərəvəzdir, amma qalxanvari vəzə zərərli ola bilər.


"Medicina" xəbər verir ki, rusiyalı məşhur həkim Aleksandr Myasnikov zobu olanlara xəbərdarlıq edib.

"Çox zəngin vitamin, mineral mənbəyi kələm faydalı olduğu qədər də, qalxanvari vəzin işini pisləşdirə bilər.

Kələmdə olan U vitamini orqanizmə düşdükdə, antidepressant təsiri göstərir.

O, mədə -bağırsağın selikli qişasını sağaldır.

Amma hormonal pozuntusu, qalxanvari vəz düyünü və zobu olanlar kələmi çox yeməməlidir.

Vəzin fəaliyyəti aşağıdırsa, hormon az ifraz edirsə, ümumiyyətlə kələm olmaz.

Əgər xəstədə autoimmun tireodit varsa və o hormonlar içirsə, soya və kələm yeməklə vəziyyəti daha da pisləşdirə bilər".

Aygün Musayeva