Bədənimizdə bütün orqanlar bir-biri ilə sıx bağlıdır. Buna görə də, birində nasazlıq olduqda, digərlərində də görünə bilər.
Qalxanabənzər vəz bədəndəki demək olar ki, bütün prosesləri tənzimləyən mühüm endokrin orqandır: maddələr mübadiləsi, termorequlyasiya, ürək-damar, reproduktiv, həzm və sinir sistemlərinin işi.
Qalxanabənzər vəzinin orqanizmi idarə edən əsas vasitələri T3 və T4 hormonlarıdır. Bununla belə, onların çatışmazlığı və ya əksinə, artıqlığı digər pozğunluqlarla maskalana bilər.
“Medicina” xəbər verir ki, həkim Olqa Ulankinanın sözlərinə görə, qalxanabənzər vəz boynun ön səthində yerləşir, kəpənək formasına malikdir, "qanadları" qırtlağın krikoid qığırdaqının sağında və solunda yerləşir. Normalda tiroid vəz boyunda görünmür, demək olar ki, dərinin altında yerləşsə də, toxumalarının artması ilə yerli və ya diffuz qalınlaşma baş verə bilər.
“Tiroid hormonlarının sintezində hər hansı bir pozulma ciddi sağlamlıq problemlərinə, çəki dalğalanmalarına və sinir sisteminin pozulmasına səbəb olur. Psixika da əziyyət çəkir, hormonların sintezinin azalması və ya kəskin artması ilə insanlar özlərindən fərqli olurlar.
Vəzi çoxsaylı bədən funksiyalarını idarə etdiyi üçün, nasazlıq olduqda, bir-biri ilə əlaqəli olmayan bir neçə simptom meydana gəlir. Çox vaxt onlar da qeyri-spesifikdirlər, yəni müəyyən bir orqanın, sistemin problemlərinə aydın şəkildə bağlı deyillər, buna görə də tiroid vəz ilə bağlı problemlərin təzahürləri tez-tez həddindən artıq iş, stress, qidalanma və.s ilə qarışdırılır.
Tiroid hormonunun normadan artıq olması hipertiroidizm adlanır. Bu zaman insan həddindən artıq fəaliyyətdə olur,yuxu pozulur, əhval ruhiyyə dəyişir, tərləmə, ürək döyüntüsü, bədənin yuxarı hissəsində isti, boğulma hissi baş verir. Bu zaman qan damarlarının tonusu pozulur.
Qadınlar menstreal pozğunluq ( uzun qanaxma və ya qısa axıntı) yaşayır. 40 yaşdan yuxarı qadınlarda menopozun xəbərçisi kimi görünə bilər. Lakin bunu dəqiqləşdirmək üçün həm endokrin, həm də reproduktiv qan testi verilməlidir.
Tiroid hormonlarının çatışmazlığı zamanı zəiflik, soyuğa qarşı həssaslıq görünür və qan təzyiqi ilə müşahidə olunur. Bununla yanaşı reproduktiv sistemdə nasazlıqlar müşahidə olunur: kişilərdə erektil disfunksiya, disfunksiyalı qanaxma və qadınlarda sonsuzluq.
Bu zaman cinsi istəyin azalması da istisna deyil.
Sinir sistemi hipotiroizmindən əziyyət çəkir. İnsanda beyin donması, apatiya, depressiv pozğunluqlar, daimi pis əhval – ruhiyyə, gücsüzlük, həyata marağın itməsi və.s əlamətlər müşayət olunur. Bunu bəzən xroniki yorğunluğ sindromu ilə əlaqələndirilir.
Bunu aydınlaşdırmaq və düzgün müalicə olmaq üçün qan testi vermək önəmlidir”.
Günay Quluzadə