Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zökəm və qrip olanda bu qidaları yeməyin – Xəstəliyin sağalmasını ləngidir

  • 2019.01.28 18:33
  • 14582 Baxış
Zökəm və qrip olanda bu qidaları yeməyin –  Xəstəliyin sağalmasını ləngidir

Həkimlər və dietoloqlar qrip və soyuqdəymə zamanı xəstəliyin gedişatına mane olan və sağalmasını ləngidən bir qrup qidaların siyahısını hazırlayıblar.

Əgər sizdə bronxit, angina, qrip, qızdırma varsa bu qidalardan uzaq durun.


1. İstənilən alkoqol içki 


Pivə, konyak, araq damarları yığır, daraldır,bununla da miqren və baş ağrısını artırır. İmmunitetə isə bu içkilərin heç bir təsiri yoxdur, əksinə orqanizmi susuzlaşdırır. Yüksək hərarət və qrip zamanı isə guya mikrobları öldürmək məqsədilə araq içmək qəti qadağandır.


2.Sosis, kolbasa, bulka, qızardılmış kartof


Xəstəlik zamanı yağda qızardılmış istənilən yeməklərdən, şirniyyatdan, acılı souslardan uzaq olmaq lazımdır.


3.Qoz 


Qoz gec həzm olunan yağlı qidadır. Tənəffüs çətinləşməsi və qrip, qızdırmada qoz orqanizm üçün əlavə enerji itkisidir. Ona görə qozla işinizi daha da qəlizləşdirməyin.


4.Qazlı içki, paket şirələri


Guya meyvə şirəsidir deyib, vitamindir adı ilə paket meyvə şirələrini qrip halında içməyin. Bu içkilər immun sistemi çökdürür. Bu şirələrin tərkibində olan şəkər əvəzləyici və konservantlar həzm sistemi və immuniteti daha da döyür. Xəstə vaxtlarda adi ilıq su için.


5.İstənilən çiy tərəvəz və meyvə


Xəstə insan üçün çiy məhsulu həzm etmək çox çətin olur. Ümumi orqanizm zəiflədiyi halda ona əlavə güc tələb edən qidalar vermək düzgün deyil. Xəstə vaxtlarda parda, suda bişmiş, pörtlədilmiş meyvə-tərəvəz yeyin.

 



Bəs nə yeməli?


Hərarət, qızdırma, öskürək, qrip vaxtı şorbalar, çay, bitki dəmləmələri, adi su içmək lazımdır. Dadlı qidalarla qaraciyər və ürəyi yükləməyin. Ballı, limonlu, zəncəfilli çaylar için. Toyuq bulyonunda tərəvəz şorbası yeyin.


Zökəm və qrip olanda bu qidaları yeməyin –  Xəstəliyin sağalmasını ləngidir