Səhiyyə Nazirliyi Gəncə şəhərində zibilliyə atılmış yeni doğulan körpəylə bağlı növbəti məlumatı yayıb.
Qurumdan Medicina.az-a bildirilib ki, vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri körpə 3-4 günlük oğlan uşağıdır.
Hazırkı vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Xatırladaq ki, körpə dünən şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında tapılıb.