Ötən həftələrdə zibil qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanadan çıxarılıb.
"Medicina" xəbər verir ki, Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb.
Onun çəkisi isə 3 kiloqram 600 qramdan çox olub.
Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.