Daxili İşlər Nazirliyi vətəndaşların maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması haqda yayılan məlumatlara münasibət bildirib.
Medicina.az xəbər verir ki, nazirlik rəsmisi Ehsan Zahidov məlumat verib.
"Vətəndaşlar maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur. Sadəcə polis əməkdaşları həmin şəxsləri saxlayıb tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər.
Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur.
Evdən çıxmağa görə icazə ən yaxındakı marketə getməyə də aiddir və iki saat ərzində geri qayıtmalıdırlar. Amma zibil atmağa gedərkən icazə almağa ehtiyac yoxdur.
Vətəndaş zibili atıb geri qayıtmalıdır".