Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Satışda olan zeytunu ayaqqabı boyası ilə rəngləyirlər?Sağlamlığımızı "qaraldanlara" - DİQQƏT!

  • 2019.12.20 11:39
  • 7989 Baxış
Satışda olan zeytunu ayaqqabı boyası ilə rəngləyirlər? Sağlamlığımızı "qaraldanlara" - DİQQƏT!
Son zamanlar bir çox məhsullar fırıldaçılar tərəfindən ziyanlı şəkildə istehsal olunaraq kütləyə təqdim edilir. Belə ki, rənglənmiş saxta məhsullar, qeyri-sağlam yetişdirilən meyvə-tərəvəz, süni düyü və s. kimi qidaları təbii məhsullardan fərqləndirmək çətin məsələyə çevrilib.

Medicina.az xəbər verir ki, belə qidaların sırasına zeytun da qoşulub. Araşdırmalar göstərir ki, zeytun, qida terrorçularının yeni hədəfidir. Onlar zeytunu tez satışa çıxarmaq üçün müxtəlif hiylələrə əl atırlar. Zeytunları metal və dəmir paslı mismarlar, hətta ayaqqabı boyası ilə rəngləyən bu terroristlərin istifadə etdiyi bir çox üsullar var.


Türkiyəli mütəxəssislər bildiri ki, sən demə zeytunlar ayaqqabı boyası ilə rənglənirmiş. Zeytun hazırlanarkən hovuzların içinə boş qutular atılır. Həmçinin oraya ayaqqabı boyası əlavə edilir.Daha sonra zeytunu ora əlavə edib rəngləyirlər. Zeytunu daha tez qaraltmaq və hazır etmək üçün ona kimyəvi maddələrdə vururlur. Bu isə insan sağlamlığı üçün olduqca zərərlidir.

Araşdırmalar zamanı məlum olub ki, hətta son zamanlar rənglənmələrdə metaldan da istifadə olunur. Bəs zeytun hansı rəngdə olmalıdır?


Əslində yalnış olan bir fikir var ki, bu da insanlarda qara zeytunun çox tünd qara olmalıdır düşüncəsidir. Amma sağlıqlı zeytun qəhvəyi rəng yaxudda qaraya çalan rəng tonunda olmalıdır. Onun tumu da çox qara olmamalıdır.

Mütəxəssislər zeytun alarkən diqqətli olmaöa və sağlam məhsul yeməyi məsləhət görür. Yaxşı olar ki, onu orginallığına əmin olduğunuz yerlərdən alıb qida rasionunuza əlavə edəsiniz.


Satışda olan zeytunu ayaqqabı boyası ilə rəngləyirlər? Sağlamlığımızı "qaraldanlara" - DİQQƏT!