Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zeytun yağı istifadəsi xərçəng riskini azaldır

  • 2022.01.12 17:37
  • 2782 Baxış
Zeytun yağı istifadəsi xərçəng riskini azaldır

100 min tibb işçisini əhatə edən statistik tədqiqat zeytun yağının xərçəngə qarşı, eləcə də xərçəng xəstələrində ölüm riskini azaltdığını sübut edib.

Medicina.az xəbər verir ki, amerikalı tibb mütəxəssisləri hər gün müntəzəm müəyyən miqdar təmiz zeytun yağı istifadə etməyin insana təsirini araşdırıb.

Belə ki, gündə 30-50 ml zeytun yağı istifadəsi – həm içmək, həm yemək və salatlarda birgə - müxtəlif növ xərşəng xəstəliyindən ölümü 17%, ürək-damar xəstəliklərindən ölüm riskini isə 19% azaldır.

“Biz dietoloqların zeytun yağı barədə tövsiyəsini təsdiq etdik. Müşahidələrimiz göstərdi ki, istənilən xəstələrin, o cümlədən xərçəng xəstələrin qidasında marqarin və digər yağlar zeytun yağı ilə əvəz olunmalıdır. Bu onlara daha çox faydalıdır” – deyə Marta Ferre bildirib.