Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zeytun qığırdaqları bərpa edə bilər

  • 2022.10.28 17:45
  • 1979 Baxış
Zeytun qığırdaqları bərpa edə bilər


Zeytun bir ay ərzində oynaq ağrılarını yüngüləşdirir.

"Medicina" xəbər verir ki, zeytunda oynaqların qişasını bərpa edən maddə var.

Artrit, artroz, osteoartirlərdə bəzi qidalar yemək xəstələrin vəziyyətini yaxşılaşdırır.

İltihab əleyhinə maddə və antioksidant təsirli zeytun oynaq ağrılarında faydalıdır.

Həkim terapevt Tatyana Zaxarova zeytunun oynaqları bərpa etməsindən danışıb.
"Zeytun özü, yarpaqları, yağı, turşusu - artriti proqressivləşməsinin qarşısını ala bilir.

Zeytun yağında olan hidrositirozol qığırdağa lazım olan xüsusi hüceyrələrin canlanmasına, sağ qalmasına kömək edir.
Qığırdağı qoruyan hüceyrələr hondrositlər adlanır.

Artriti olan insanların zeytun qəbulundan sonra ağrı göstəriciləri azalıb.
Eləcə də yuxuda ağrı hiss etməyiblər.

Ona görə də oynaqlarında problem olanlar zeytunu sınasınlar".

Aygün Musayeva