Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zərərli xolesterinin qarşısını alan qidalar - SİYAHI

  • 2019.05.22 11:34
  • 7919 Baxış
Zərərli xolesterinin qarşısını alan qidalar  - SİYAHI

Xüsusi ilə ramazan ayında ortaya çıxan sağlamlıq problemlərinin qarşısını almaq üçün xolesterini azaldan qidalara üstünlük verilməlidir.

 

Medicina.az bu qidaların siyahısını təqdim edir.

 

 

Xolesterinin yüksəlməsi günümüzdə ən mühüm sağlamlıq problemləri arasında yer alır. Dünyada və ölkəmizdə ölüm səbəblərinin çoxu ürək xəstəliklərindən qaynaqlanır. Alimlər illərdir, xolesterinin artması və dərman istifadəsi ilə bağlı araşdırmalar aparırlar.

 

 

Xolesterini azaldan qidaların ilk sırasında badam yer alır.

 

 

Omeqa 3 baxımından zəngin olan badamın təzəsini hər gün yemək xolesterin səviyyəsini xeyli azaldır. Hər gün bir ovuc, təxminən 30 qram  badam yeyilməlidir. Xolesterin damarlarda toplanır, eyni zamanda ürəyə gedən qan axışını dayandırır.

 

 

Bundan başqa, təbii portağal suyu da faydalıdır. Araşdırmaların nəticəsi onu göstərir ki, ziyanlı xolesterinin səviyyəsini 8% endirir. Həmçinin,  zeytun yağının zərərli xolesterinin səviyyəsini aşağı saldığı bilinir. Ürəyin dostu antioksidləşdiricilərlə zəngin olan zeytun yağı bu baxımdan müsbət nəticə verir. Gündə iki xörək qaşığı istifadə etsəniz, xolesterinin qarşısını almış olacaqsınız.

 

 

Xolesterini azaldan qidalar

 

-Yulaf
-Qulançar -Qaragilə -Lobya -Amerika avokadosu -Pomidor
-Tünd şokolad