Havaların isinməsi ilə birlikdə ağcaqanad problemi artmağa başlayıb.
Medicina.az xəbər verir ki, bəzi sadə üsullarla bunun qarşısını qismən almaq mümkündür.
Lazım olanlar:
Buz torbası
Süfrə duzu
Limon suyu
Su
Bir neçə ədəd qəpik pul
Qeyd edilən məhsulları torbanın içərisinə doldurun və qapınızın önündən asın. Təsirli olması üçün günəş dəyən yerdə saxlayın. Bu üsulla ağcaqanadları evinizdən uzaqlaşdıra bilərsiniz.
Qeyd edək ki, günəş şüalarının qəpik pullara dəyməsi ilə birlikdə ortaya çıxan işıq ağcaqanadların həssas gözlərinə narahatlıq verir.