Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zərəri faydalarından daha çox olan tərəvəzlər – BİLİRDİNİZMİ ?

  • 2020.03.26 14:11
  • 2535 Baxış
Zərəri faydalarından daha çox olan tərəvəzlər –  BİLİRDİNİZMİ ?
Harvard Universiteti alimlərinin araşdırmasına görə meyvə və tərəvəz sağlam bəslənmənin tam yarısını təşkil etməlidir.

Ancaq faydalı görünən məhsullar da bədənə mənfi təsir göstərə bilir.


Medicina.az sizin üçün də gözlənilməz olacaq siyahını təqdim edir.


Kartof
Təəssüf ki, çox qızardılmasa belə zərərlidir. Tərkibindəki nişasta qan şəkərini artırır və gün işığında dəri tərəfindən aktiv şəkildə ifraz olunan solanin isə sinir sisteminə mənfi təsir göstərir. Heç kimə sirr deyil ki, kartof yüksək glisemik indeksə malikdir, yəni enerjisini bədənə tez verir. Tezliklə yenidən aclıq hiss edirsiniz və metabolik proseslər sağlam rejimi pozur.

Badımcan
Solaninlə zəngin olan başqa bir tərəvəz. Tərkibində badımcan üçün xarakterik olan, ona xüsusi acılıq verən zərərli alkaloid maddəsi var. Buna görə də bişirmədən əvvəl sadə qaydalara əməl etmək yaxşı olardı – məsələn bişirməzdən əvvəl tərəvəzi duzlu suya qoyun. Bundan əlavə, qızardarkən badımcan bütün faydalı xüsusiyyətlərini itirir və toksinlərlə zəngimləşir.

Bolqar bibəri
Oynaqlarla bağlı problem olanlar bu tərəvəzdən ümumiyyətlə imtina etməlidir. Üstəlik, tərkibi artıq bizə tanış olan solaninlə zəngindir.