Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəngli saatla oyanmaq bu xəstəlikləri yaradır - ARAŞDIRMA

  • 2019.11.14 12:14
  • 7300 Baxış
Zəngli saatla oyanmaq bu xəstəlikləri yaradır -  ARAŞDIRMA

Tədqiqatlar göstərir ki, zəngli saatla oyanan
insanlar zamanla bir sıra problemlərlə üzləşə
bilərlər.



Medicina.az xəbər verir ki, səhər oyanmaq üçün hamımız o dəhşətli səsə dözməliyik.
Araşdırmalar bu səsin nəinki narahat, həm də sağlamlığa zərərli olduğunu söyləyir.




Tədqiqatçılar yuxunu 5 mərhələyə bölürlər. Burada oyanmanın ən dəqiq mərhələləri isə 1, 2 və 5-ci mərhələlərdir. Əksinə, bu mərhələlərdən
kənarda oyanmaq, insan bədənini stresə salır, daha sonra narahat yuxuya səbəb
olur .



Zəngli saatın zərərləri


Yüksək səs-küylə oyanan insanlar, gün ərzində əsəb
və gərgin olurlar. Bu səbəbdən onlarda görmə qabiliyyəti zəifləyir, yaddaş pozulur və hadisələrə reaksiyaları pisləşir. Hətta bu səs zaman keçdikcə ürək-damar xəstəlikləri,
iflic, nevroloji pozğunluqlar və intellektual geriləmə hallarına səbəb ola bilər.


 


 


İnsanlar çalışıb zəngli saat olmadan oyanmaq üçün
bir nizam yaratmalıdırlar. Məsələn, hər gecə eyni vaxtda yuxuya gedən şəxslər,
səhər avtomatik və rahat şəklildə oyana bilir.

Zəngli saatla oyanmaq bu xəstəlikləri yaradır -  ARAŞDIRMA