Kanadalı fizioloqlar yoxsulluğun və zənginliyin insanın taleyinə təsirini araşdırıblar.
“Medicina” xəbər verir ki, tədqiqatlar 103 könüllünün həyatının müşahidəsi zamanı əldə edilən məlumatların təhlilinə əsaslanır.
Ömrünün ilk beş ilində ailənin rifah səviyyəsi insanın gələcək taleyini müəyyən etməyə qadirdir.
Hətta uşaqlıqda insanların taleyinə onların doğulduğu ailələrin sərvət və ya yoxsulluq amili təsir edir. Beləliklə, bir çox araşdırmalar göstərir ki, yoxsul valideynlərin uşaqlarının akademik göstəriciləri, varlı valideynlərin uşaqlarından orta hesabla aşağıdır.
Massaçusets Texnologiya İnstitutunun və Harvard Universitetinin nevroloqlarının məlumatlarına görə, varlı ailələrdən olan uşaqlarda beynin parietal və temporal bölgələrində kortikal qalınlaşma müşahidə olunur ki, bu da yüksək akademik performansla sıx bağlıdır.
Öz növbəsində, yoxsul ailələrin uşaqları üçün (bunu Duke Universitetinin alimlərinin işi göstərir) beyində serotoninin paylanmasına cavabdeh olan SLC6A4 geninin istehsalında dəyişiklik xarakterikdir, onlarda depressiya və digər psixi pozğunluqların inkişaf riski daha yüksəkdir.
Ümumiyyətlə, alimlərin fikrincə, kasıb ailələrdə böyüyən insanların orqanizmində stress hormonu okortizolun səviyyəsi yüksəlir.
Tədqiqatçılar izah edirlər: bu hormonun konsentrasiyası daim yüksək səviyyədə saxlanılırsa, qorxaqlıq, ehtiyatlılıq (çox vaxt həddindən artıq) insana xas olur.
Kasıb insanlar zəngin həmyaşıdlarına nisbətən riskdən çəkinirlər, bu da taleyə təsir edir, karyera yolunu, zənginləşməni və sosial uğurun digər nailiyyətlərini müəyyənləşdirir.
Zənginlik və ya yoxsulluq vəziyyəti ömrün uzunluğuna təsir göstərir. ABŞ-da varlı qadınların ömrü kasıbların həyatından orta hesabla təxminən 10 il uzundur, kişilər üçün zənginlərin xeyrinə fərq ümumiyyətlə 15 ildir.
Kasıbların tənəffüs yoluxucu və ürək-damar xəstəliklərindən ölmə ehtimalı daha yüksəkdir.
Ümumiyyətlə, onlar daha çox xərçəngdən ölürlər, lakin həm kasıblar, həm də zəngin insanlar döş, qan və prostat xərçəngindən eyni tezlikdə ölürlər.
Günay Quluzadə