Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
"Medicina" xəbər verir ki, səstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub.
Direktorun kollektivə təqdimat mərasimində TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Xəlilov iştirak edib.
Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində anadan olub.
2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.
C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb.
MEDİCİNA.AZ