Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəlzələdə uçqun altından çıxarılanlarda bədən istiliyi kəskin düşür

  • 2023.02.10 14:15
  • 2880 Baxış
Zəlzələdə uçqun altından çıxarılanlarda  bədən istiliyi kəskin düşür
Hipotermiya insanda bədən istiliyinin azalması ilə müşahidə olunur.


Türkiyəli həkim Yücel Yüzbaşıoğlu zəlzələdən sonra dağıntılar altından çıxarılan insanlarda bədən istiliyinin azalması ilə müşahidə edilən hipotermiyaya diqqət edilməsi lazım olduğunu bildirib: “Hipotermiyaya məruz qalan insanlar uzanıq vəziyyətdə çıxarılmalıdır. Sərt müdaxilələr ölümcül ürək ritmlərinə səbəb ola bilər”.

"Medicina" xəbər verir ki, bədən istiliyinin normalda 36-37°S-dən 35°S altına düşməsinin hipotermiya olaraq təyin edildiyini deyən həkim qeyd edib ki, hipotermiyada bədən ani və sürətlə dəyişən temperatura uyğunlaşa bilmir, qalıcı zədələnmələr və hətta ölüm baş verə bilər.

O bildirib ki, hipotermiya yüngül, orta və ağır olmaqla üç dərəcəyə bölünür. Yüngül hipotermiyada bədən hərarəti 32-35°S arasında olur və titrəmələr başlayır.

Orta dərəcədə hipotermiyada bədən istiliyinin 28-32°S arasında görülür, insanlarda huşunu itirmə, ürək ritminin pozulması, göz bəbəklərinin genişlənməsi kimi simptomlar meydana gəlir. Lakin titrəmələr müşahidə edilmir. Bu vəziyyətdə venadaxili qızdırılmış serum verilə bilər.


Şiddətli hipotermiyada bədən istiliyi 28 dərəcədən aşağı olur. Bu, insanın şüurunun tamamilə itməsi, ürək döyüntüsünün azalması, ölümcül ritm pozğunluqları və reflekslərin azaldığı bir prosesdir. Bu proses davam edərsə, bədən istiliyinin 24°S-dən aşağı düşdüyü dövr ölümün baş verdiyi dövrdür. Xəstə ciddi tibbi müdaxilə ilə həyata qaytarıla bilər. /aztibb.az/