Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəlzələ zamanı körpələri qoruyan tibb bacıları danışdı

  • 2023.02.14 16:04
  • 1295 Baxış
Zəlzələ zamanı körpələri qoruyan tibb bacıları danışdı

Türkiyədə zəlzələ zamanı Qaziantep Topçuoğlu Xəstəxanasının doğum şöbəsində çalışan tibb bacıları Dövlət Nizam və Gazel Çalışkan zəlzələ zamanı çölə çıxmayaraq küvesdəki körpələri qoruyublar.

Bakupost.az "Habertürk.com"a istinad edərək bildirir ki, Qaziantepdə işləyən 22 yaşlı tibb bacısı Gazel Çalışkan hadisə barədə jurnalistlərə danışıb.

"Özümüzü və ailəmizi heç düşünmədik. Tək qorxumuz körpələrin başına bir iş gələcəyi idi. Çünki körpələr oradan çıxa, kömək istəyə bilməzlər”- Çalışkan deyib.

Tibb bacıları bildirib ki, əvvəlcə nə baş verdiyini anlamayıblar:

"Sarsıntıdan otağa daxil ola bilmirdik. Sadəcə küvesləri tutmağa çalışdıq. Onların aşmaması və üstünə nəsə düşməməsinə diqqət edirdik. O anı xatırlaya bilmirik. Sadəcə, kamera görüntülərinə baxanda nə baş verdiyini anlayırıq. Həmin vaxt 7 körpəmiz müalicə alırdı. Şükürlər olsun, onlar zərər görmədi".