Zəlzələ zamanı yüksəkmərtəbəli binanın istənilən mərtəbəsində yaşayan insanların ən böyük səhvi uşaqları da qucaqlarına alıb pilləkən və liftə qaçmasıdır.
Bəs zəlzələ zamanı sağ qalmaq şansını nə artırır? Qaçmaq, yoxsa evin içində təhlükəsiz yer tapmaq.
"Medicina" sağ qalmaq üçün əsas qaydaları təqdim edir:
Birinci əsas qayda – binadan qaçmamaqdır. Çünki qaçarkən üzərinizə yıxılan əşya, tavan, divar, uçqun sizi üzü qəfil yaxalayacaq, qoylu yerə sərəcək və başınızı zədələyəcək. Sizin pilləkən, lift, liftin şaxtası və hətta binanın qapısında ölmək riskiniz daha çoxdur. Çünki bina uçarkən ətrafa yayılan dağıntı daha təhlükəlidir
.
İkinci qayda olduğun yerdə xilas nöqtəsini tapmaqdır. Birinci təkan adətən bir qədər orta olur, ardıyca güclü, dağıdıcı təkan gəlir. Sizin bir neçə dəqiqəniz ancaq otaq içində təhlükəsiz şərait qurmağa yetəcək.
Yüksəkmərtəbəli binada olanlar pəncərə, qapı ağzına qaçmasın.
- Zəlzələ vaxtı şam, kibrit, alışqan yandırmayın, çünki qaz sızması olarsa, yanğın çıxar.
- Sağ qalmaq üçün əsas divardan və qapı arakəsməsindən ikiəlli tutaraq yerə oturub gözləyin. Bu hissələrin daha davamlı olduğu bildirilir.
- Ağır mebel, şkaf, çılçıraq altında durmayın. Zəlzələ zamanı ağır əşyalar üzərinizə düşə bilər.
- Ən yaxşı üsul metal vanna və ya cakuzinin içinə uzanmaqdır. Amma vannada belə uzanmaq lazımdır: Üzü aşağı, əl və biləklə boyun, başın arxası, dirsəklə isə gicgah hissəni örtürsüz. Bu beynin əsas hissələrini zərbədən qorumaq üçündür. Uşaqları sinənizin altında uzadaraq üzərini bədəninizlə örtüb qoruyun.
Amerikalı xilasedici Duq Kopp isə zəlzələdən qorunmaq üçün xilaskar üçbucaq konsepsiyasını irəli sürüb. Bu metoda əsasən, evin içində olan üfüqi əşyalar şaquli əşyalardan gec aşır. Ona görə başınız üstündə şaquli dam yararmalısız.
Daha sonra bu üçbucağın içində embrion pozası alıb oturmalısız. Bu həm sağ qalmağı, həm də xilas etməni asanlaşdırır.
Zəlzələ üçün ən davamlı evlər taxta komalar, ən təhlükəlisi isə daş və beton evlərdir.
Ən təhlükəli yer isə pilləkənlərdir. Çalışın pilləkəndə zəlzələni qarşılamayasız.
Qırmızı Xaç təşkilatının rəyinə görə, ən yaxşı strategiyalardan biri də “duck and cover”, yəni əyilmək və gizlənməkdir:
- Bunun üçün masa altını seçə bilərsiz. Belə mebel varsa, altında gizlənmək və təkanların keçməsini gözləmək lazımdır.
- Əgər zəlzələ zamanı çarpayıda uzanmısızsa, ən yaxşı variant onun altına keçib başınızı yastıqla örtməkdir.
- Ümumiyyətlə, zəlzələ zamanı qışqırıb hərəkət etmək, qaçmaq, çölə can atmaqdansa təşvişə düşməmək, ətrafı izləmək, sığınacaq tapmaq lazımdır. Çünki məhz qaçış zamanı insanlar təkandan yıxılır və üzərinə divar, beton, əşyalar düşür. Bu zaman özünü qorumaq mümkünsüz olur.
Aygün Musayeva