Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəlzələ olacağını deyən astroloq həbs olundu

  • 2025.04.26 10:00
  • 206 Baxış
Zəlzələ olacağını deyən   astroloq həbs olundu

Myanmada astroloq TikTok paylaşımında zəlzələ ilə bağlı proqnozlarından sonra ictimaiyyətdə çaxnaşmaya səbəb olduğu üçün həbs edilib.

Medicina.az xəbər verir ki, zəlzələlərin cəmiyyətdə yaratdığı dərin qorxu və həssaslıq bəzi falçılar və astroloqlar üçün fürsətə çevrilir.



Myanmada da oxşar mənzərə yaşanıb.

Son həftələrdə minlərlə insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra TikTok-da milyonlara çatan astroloq yeni fəlakət xəbərdarlığı ilə gündəmə gəldi.

“YENƏ ZƏLZƏLƏ OLACAQ”

Astroloq Con Moe aprelin 9-da TikTok hesabında yerləşdirdiyi videoda Myanmada yeni zəlzələ olacağını iddia edib.

Bu xəbərdarlığı ölkə 2 həftə əvvəl 3500 nəfərin ölümünə səbəb olan 7,7 bal gücündə zəlzələdən sonra yazıb.

QORXUDAN EVLƏRİNİ TƏRK ETDİLƏR

3 milyondan çox baxılan videoda aprelin 21-də bütün şəhərlərə təsir edəcək yeni zəlzələnin olacağını iddia edən Moe yeraltı təkanlar zamanı insanları qiymətli əşyalarını özləri ilə aparmağa və binalardan uzaq durmağa çağırıb.

Görüntülərin altında “İnsanlar gün boyu hündürmərtəbəli binalarda qalmamalıdır” ifadəsi yer alıb.

Səlahiyyətlilər videonun yayılmasından sonra bir çox vətəndaşın evlərini tərk edərək çöldə gözləməyə başladığını bildiriblər.



HƏBS OLUNUB

Myanma İnformasiya Nazirliyi tərəfindən edilən açıqlamada, Moenin 23 aprel çərşənbə axşamı günü Myanmanın Saqaing bölgəsindəki evində həyata keçirilən əməliyyatda tutulduğu və "ictimaiyyətə yalan məlumat verərək çaxnaşmaya səbəb olmaq" ittihamı ilə həbs edildiyi bildirildi.

Proqnozlar verən və 300 mindən çox izləyicisi olan "astroloq"un TikTok hesabının da bağlandığı bildirilib.

Aygün
Medicina.az