Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəlzələ ilə bağlı təcili yardıma 34 nəfər müraciət edib

  • 2023.07.04 10:27
  • 1295 Baxış
Zəlzələ ilə bağlı təcili yardıma  34 nəfər müraciət edib

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

TƏBİB-dən Medicina.az -a bildirilib ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub: "Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub".