Zəlzələ fobiyası gənclərdə qeyri-adekvat addımlarla özünü büruzə verir.
"Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra insanlar arasında zəlzələ fobiyası ehtimalı gündəmə gəldi.
"Medicina" xəbər verir ki, bu barədə Xətai Tibb Mərkəzinin Nevrologiya şöbəsinin müdiri, həkim-nevroloq Afaq Əliyeva bildirib.
Həkim qeyd edib ki, digər fobiyalardan fərqli olaraq, zəlzələyə qarşı qorxu, yəni zəlzələ fobiyası uşaqlarda az rast gəlinir. Uşaqlar zəlzələnin təhlükəsini hələ dərinliyinə qədər anlamadıqları üçün qorxu da fobiya halına çevrilmir.
Afaq Əliyevanın sözlərinə görə, böyüklərdə, xüsusən gənclərdə bu qorxu qeyri-adekvat addımlarla özünü büruzə verir. Məsələn, eyvandan özünü atmaq kimi. Bəzən zəlzələdən yox, zəlzələ qorxusundan, xilas olmaq istəyindən insanlar tələf olurlar:
"Əgər özünüzdə belə qorxu, xof hiss edirsinizsə, hökmən nevroloq-psixoloq məsləhətinə ehtiyacınız var. Bunun üçün zəlzələ gözləmək fikrini özünüzdən uzaqlaşdırıb mütəxəssisə yardım almaq üçün müraciət edin”. /aztibb.az/