Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəlzələ bölgələrində vəba yayıla bilər- Alimlərdən xəbərdarlıq

  • 2023.02.22 15:09
  • 1591 Baxış
Zəlzələ bölgələrində vəba yayıla bilər - Alimlərdən xəbərdarlıq

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi Türkiyə və Suriyada yoluxucu xəstəliklərin yayılması riskinin artdığını bildirib.


"Medicina" xəbər verir ki, havaların dəyişməsi və bəzi səbəblərdən yaxın 3 həftədə infeksion xəstəliklərin olması təhlükəsinin narahatlıq doğura biləcəyini və zəlzələ nəticəsində dağılmış bölgələrdə vəba xəstəliyinin baş vermə ehtimalının yüksək olduğunu bildirir.


Çadıq düşərgələrində isə hepatit A, rotavirus kimi xəstəliklərin, eləcə də respirator infeksiyaların yayılmasının mümkünlüyünü qeyd edirlər.

Təmiz su, hamam, duş kimi imkanlar məhdud olduğu üçün fəlakət zonasında ikincili çirklənmə ola bilər.


Aygün M