Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəli ilə müalicə kimlərə lazımdır? – Tibbi təhsilsiz adam zəli qoya bilməz

  • 2019.12.05 18:25
  • 7628 Baxış
Zəli ilə müalicə kimlərə lazımdır? –  Tibbi təhsilsiz adam zəli qoya bilməz

Hirudoterapiya (zəli ilə müalicə) qan və limfanın axmasına təsir edir, orqanizmdən ziyanlı maddələri çıxardır, ödemlərlə mübarizə edir.

Müalicə seansı zamanı zəli qana çoxlu miqdarda (100-ə yaxın!) xeyirli bioloji aktiv maddələri yeridir. Bu maddələrdən ən vacib olan "hirudindir". Məhz bu maddə damarları tromblardan azad edir, trombların əmələ gəlməsi ilə mübarizə aparır, damarları təmizləyir. Hirudoterapiya immun sisteminə də çox müsbət təsir edir.

Müalicə seansı zamanı həkim zəlini insanın bədənində olan bioloji aktiv sahələrdə yerləşdirir. Maraqlıdır ki, zəli özü bioloji aktiv nöqtələri taparaq məhz ora yapışır. Bu nöqtələrdən insanın müxtəlif orqan və sistemlərinə daha yaxşı təsir etmək mümkündür.

Zəli bütün orqanizmə müsbət təsir edir, bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklər arasında:

- ginekoloji xəstəliklər, sonsuzluq,
- hipertoniya, ürəyin işemik xəstəliyi,
- varikoz xəstəliyi,
- onurğa sütunu və oynaqlar xəstəlikləri,
- sinir sistemi pozulmaları (depressiya, stress, qorxu, yuxusuzluq və s.).

İnfark və insult kimi ağır pozulmaların profilaktikasında hirudoterapiya çox böyük rol oynayır.
Hirodoterapiya kosmetologiyada da geniş istifadə olunur - selülitlə mübarizə aparır, dərini cavanlaşdırır.


Lakin harada oldu açılan kabinetlərdə, müxtəlif peşə sahibləri olan və ya tibbi savadı olmayan qadın və kişilərin zəliqoyma fəaliyyətinə aldanmayın və hər necə oldu zəli qoydurmayın.