Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zelenski və köməkçisi xəstəxanaya yerləşdirildi

  • 2020.11.12 11:18
  • 50266 Baxış
Zelenski və köməkçisi xəstəxanaya yerləşdirildi

Ukrayna Prezidenti Vladimir Zelenski və prezident ofisinin başçısı Andrey Yermak “Feofaniya” xəstəxanasında koronavirus xəstəliyindən müalicə olunurlar.

Bu barədə Yermakın müşaviri Mixail Podolyak “Ukrainskaya pravda”ya bildirib.

“Hər şey kifayət qədər sərtdir, protokolla tənzimlənir. Onlar “Feofaniya”dadırlar. Orada prezidentin iclaslar keçirə biləcəyi xüsusi ofis təchiz olunub. Məsələn, bu gün bir çox selektor iclaslar keçirildi”, - deyə Podolyak bildirib.

Onun sözlərinə görə, prezidentin köməkçisinin də ayrıca təcrid olunmuş palatası var, ancaq xüsusi ofisi yoxdur.

“Onların orada standart qrafiki var. Yeganə məhdudiyyət təcriddir, ətrafda kimsə yoxdur. Yəni köməkçilərdən heç biri prezidentin və ya Ofis rəhbərinin yanında deyil, onlar oflayn ünsiyyətdədirlər”, - deyə Podolyak əlavə edib.

Müşavir Zelenskinin xanımının koronavirus keçirməsinə baxmayaraq, prezidentin ailəsi ilə görüşmədiyini bildirib.