Özəl səhiyyə mərkəzlərinə vergi güzəştləri tətbiq oluna bilər.
Medicina.az xəbər verir ki, belə təkliflə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Musa Quliyev çıxış edib. O, özəl səhiyyə müəssisələrinin dövlətin sosial yükünü və məsuliyyətini daşıdığını deyib: "Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bu baxımdan özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı”.