Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəkanı artırır, ürəyi qoruyur - “Qara mirvari” möcüzəsi

  • 2024.05.31 22:32
  • 1637 Baxış
Zəkanı artırır, ürəyi qoruyur -  “Qara mirvari” möcüzəsi
Ən bahalı qidalar arasında yer alan qara kürü yüksək zülal və Omeqa-3 mənbəyi olaraq diqqət çəkir.

Medicina.az xəbər verir ki, qara kürü beyin funksiyalarına müsbət təsir edir. Belə ki, həm zehni açır, həm də zəkanı artırır.

“Qara mirvari” adlandırılan və əsasən nərə balığından əldə edilən bu məhsulun faydaları aşağıdakılardır:

Kürü zülal, sağlam yağlar, vitaminlər (xüsusilə A, D və B12) və minerallarla (məsələn, dəmir və sink) zəngindir.

Tərkibindəki Omeqa-3 yağ turşuları ürək sağlamlığı üçün vacibdir. Ürək-damar xəstəliklərinin qarşısını almağa və xolesterol səviyyəsini tarazlaşdırmağa kömək edə bilər.

Kürüdə olan müxtəlif vitamin və minerallar immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur.

Omeqa-3 yağ turşuları və digər qida maddələri sayəsində kürü dərinin nəm balansını saxlayır, dərinin daha sağlam görünməsinə səbəb olur.

Bu turşular beyin funksiyaları üçün vacibdir. Kürü istehlakı idrak funksiyalarını dəstəkləyə və beyin sağlamlığını qoruya bilər.

Qeyd edək ki, kürünün tərkibində duz miqdarı çox olduğu üçün həddindən artıq istehlak edilməməlidir, xüsusilə təzyiq problemi olan insanların diqqətli olması vacibdir.

Pəhrizinizdə müxtəliflik təmin etmək üçün arada bir kürü istehlak edə bilərsiniz.


Aysel