Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zehni gücləndirən QİDALAR

  • 2019.01.11 22:46
  • 11232 Baxış
Zehni gücləndirən  QİDALAR
 


Qida üzrə mütəxəssislərin elmi araşdırmalarında məlum olub ki, ət, səhər yeməyi, kartof və soğan zehni inkişafı dəstəkləyir.


Zehnin güclü və iti olması yediyimiz qidalardan asılıdır.

 

Medicina.az Publika.az-a istinadən həmin qidaları təqdim edir;


Kartof


Qanda şəkərin səviyyəsini balanslaşdırır, bu sayədə beyin daha səmərəli çalışır.


Səhər yeməyi


Hər gün səhər yeməyi edən şəxslərin başqalarına nisbətən daha uğurlu və məhsuldar olduqları deyilir. Pendir, süd, yağ, yumurtanın tərkibində olan faydalı elementlər orqanizmi gücləndirərək gərgin iş gününə hazır edir.


Yağsız qırmızı ət


Əsl dəmir anbarı, xüsusilə sağlam qırmızı qan hüceyrəsi üçün əvəzolunmazdır. Ət beyin inkişafını yaxşılaşdırır.


Qırmızı soğan


Qırmızı soğan yaddaşı inkişaf etdirən və unutqanlığın qarşısını alan quercetin adlı komponent baxımından zəngindir. Eyni zamanda fol turşusu mənbəyidir.