Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəhmətkeş, peşəkar və sənətinə hörmət gətirən Şəfa həkim...

  • 2024.10.28 15:24
  • 200 Baxış
Zəhmətkeş, peşəkar və sənətinə hörmət gətirən   Şəfa həkim...
Redaksiyamıza Azərbaycan Jurnalistlər Birliyinin üzvü, veteran jurnalist Məzahir Həsənovun Mərkəzi Neftçilər Xəstəxanasının həkim-oftomoloqundan razılıq ifadə edən təşəkkür məktubu daxil olub.


"Medicina" xəbər verir ki, uzun illər rəsmi mətbuatda çalışan jurnalist yxeyli müddət imiş görmə qabiliyyətinin sürətlə zəifləməsindən əziyyət çəkirmiş:

"Tibbi müdaxilənin vacib olduğunu bildiyim üçün hansı oftalomoqa müraciət etməklə bağlı tərəddüdüm var idi. Məsləhətlərdən sonra Mərkəzi Neftçilər Xəstəxanasının tanınmış həkim-oftomoloqu Şəfa Hacıyevaya müraciət etdim. Çox şadam ki, seçimimdə yanılmamışam. Şəfa xanım sozün həqiqi mənasında biz xəstələr üçün şəfa mənbəyidir. O pasiyentlərinə qayğı və diqqəti ilə bunu əyani şəkildə sübut etməyi bacaran bir tibb işçisi kimi böyük rəğbətimizi qazanıb.

Şəfa xanım mənim göz müayinəmi dəqiqliklə həyata keçirəndən, tibbi məsləhətlərini verəndən sonra cərrahi müdaxiləni də uğurla başa çatdırdı. İndi hər rəngi, hər gözəlliyi rahatlıqla görürəm. Mənim gözümə yeni həyat verən peşəkar həkim Şəfa Hacıyevaya sonsuz dərəcədə minnətdaran. O, işinin peşəkarıdır, zəhmətkeşdir, təmsil etdiyi sahəyə ancaq hörmət gətirən bir təbibdir.

Eyni zamanda Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyinə, onun tibbi personalına da minnətdarlığımı bildirirəm.Vətəndaş məmmunluğunun yüksək səviyyədə təmin olunması idarəetmənin düzgün qurulmasından asılıdır".

medicina.az