Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəhərlənmədə Kola içmək kömək edir?

  • 2025.02.27 15:18
  • 244 Baxış
Zəhərlənmədə Kola içmək kömək edir?




Çində və bütün dünyada insanlar zəhərlənmə və ishal zamanı təcili vasitə kimi bir şüşə Kola içir.

Bu gün internetdə kola zəhərlənməyə kömək etdiyinə dair açıqlamalar tapa bilərsiniz.

“Medicina” xəbər verir ki, qastroenteroloq Evgeniya Melnikova bu barədə danışıb.


“Bu içkinin qida zəhərlənməsi üçün bir vasitə kimi effektivliyi məsələsi öyrənilməmişdir və əlavə olaraq, bu cür müalicə simptomları pisləşdirə bilər.
İçkinin tərkibində olan ortofosfor turşusu bakterisid təsirinə görə müsbət təsir göstərə bilər. Lakin bu təsir çox cüzidir.


Qida zəhərlənməsi qarın ağrısı və şişkinliyə səbəb olur, içkidə çoxlu qaz və turşuluğun artması simptomları pisləşdirə bilər.


İçki elektrolitlərin (kalium və natrium) az olması səbəbindən orqanizmin rehidratasiya (orqanizm tərəfindən maye itkisinin bərpası) prosesini təşviq etmir. Əksinə, kofein sidikqovucu təsir göstərir. Bundan əlavə, ortofosfor turşusu kalsiumun sorulmasını pozur, bu da sümük toxumasının minerallaşmasının azalmasına və osteoporoza səbəb olur”.

Onun sözlərinə görə, yüksək şəkər tərkibi metabolik pozğunluqlara səbəb olur ki, bu da piylənməyə və mədəaltı vəzi tərəfindən insulin ifrazına səbəb ola bilər.

“Qida zəhərlənməsi zamanı gündə ən azı 2-3 litr maye (su, meyvə içkisi, şirə, kompot) içmək lazımdır. Patogen mikroorqanizmləri aradan qaldırmaq üçün enterosorbentlərdən, mədə-bağırsaq traktının hərəkətliliyini normallaşdırmaq üçün prokinetikadan istifadə edin”.


Aygün Musayeva