Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəfəranlı süd - Kisilər üçün ən faydalı içki

  • 2019.10.30 12:36
  • 14761 Baxış
Zəfəranlı süd -  Kisilər üçün ən faydalı içki

Biz, adətən, ədviyyatlardan xörəklərə, şirniyyatlara yeməyə dad vermək
üçün istifadə edirik. Ancaq ədviyyatların bir çoxu sadəcə, xoş qoxusuna
və dadına görə deyil, həm də orqanizmə faydalarına görə sevilir. Bu
ədviyyatlardan biri də zəfərandır.


 


 


Medicina.az  xəbər verir ki, zəfəran adətən düyü, tərəvəz, ət,
dəniz məhsulları və toyuq yeməklərində istifadə olunur. Ekspertlər bildirir
ki, zəfəran oynaq ağrılarından, qaşınmadan xilas olmağa və iltihabın
azaldılmasına kömək edir:


 


 


 


 


 


 


"Zəfəran aclığı və porsiya miqdarını azaltmağa kömək edə bilər.
Aroması isə estrogen miqdarını artırır və qadınlarda kortizol
səviyyəsini azaldır. Depressiya, narahatlıq, yaddaş zəifləməsi və
nevroloji xəstəliklərə qarşı qoruyur.


 


 



Bu bitki C vitamini, maqnezium, dəmir, kalium ilə zəngindir, qanda
şəkərin səviyyəsini tənzimləyir. Eyni zamanda, toxuma, sümük və hormon
sağlamlığına kömək edir. Omeqa-3 yağ turşuları ilə maddələr mübadiləsinə
müsbət təsir göstərir və qan dövranını normaya salır. B6 vitamini
qırmızı qan hüceyrələrinin meydana gəlməsinə kömək edir və sinir
sisteminin sağlam işləməsini təmin edir. Zəfəran bronxial astmanın
simptomları ilə iltihabı aradan qaldırır.


 


 


 


 


 


 


Həftədə 3 dəfə südlü zəfəran içmək kişilərdə sperma hərəkətini
artırır. Antikanserogen xüsusiyyətləri olan bu ədviyyat şişlərin
böyüməsinin qarşısını alır. Dəri xərçəngi inkişafını da dayandırmağa
kömək edir. Dərini ultrabənövşəyi şüalardan qoruyur. Yaşla bağlı yaranan
göz zəifliyini aradan qaldırır və kataraktanın meydana gəlməsinə maneə
törədir. Qan təzyiqi və pis xolesterini də azaltmaq təsirinə malikdir”.


 


 

Mütəxəssislər onu da əlavə edib ki, hamilə qadınlar zəfarandan
istifadə edə bilməz: "Daimi istifadə üçün gündə 2 dəfə 15 mq zəfəran
məsləhətdir. Miqdarını ikiqatına çıxarmaq iki həftədən sonra zəhərli ola
bilər. Təhlükəli zəfəran dozası 200 mq ilə başlanır və qan sayımında
dəyişikliklərə səbəb olur. Zəfəran yalnız həddən artıq istifadə
edilərsə, zərərli ola bilər. Zəfəranın 10 qram istifadəsi isə
hamiləliyin pozulmasına səbəb ola bilər”.
Zəfəranlı süd -  Kisilər üçün ən faydalı içki
Zəfəranlı süd -  Kisilər üçün ən faydalı içki