Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zəfəran gözləri müalicə edir

  • 2023.05.10 14:19
  • 2334 Baxış
Zəfəran gözləri müalicə edir
Zəfəran gözlər üçün faydalıdır. Belə ki, o yaşa bağlı makula – sarı cisim degenerasiyasına qarşı təsirlidir.

Araşdırmalara görə, ədviyyatın yaşa bağlı makula degenerasiyası olan insanlarda torlu qişanın funksiyasında əhəmiyyətli yaxşılaşmaya səbəb olduğu sübut edilib.


“Medicina” xəbər verir ki, həkim – diyetoloq İqor Strokovun sözlərinə görə, zəfəran daha çox yemək yeməklərə rəng və dad vermək üçün istifadə edilən ədviyyat kimi tanınır.


Lakin son illərdə bu ədviyyat öz müalicəvi xüsusiyyətlərinə və ürək-damar və göz xəstəliklərinə təsirinə görə də məşhurlaşıb. Xüsusilə, zəfəranın antioksidant və iltihab əleyhinə xüsusiyyətləri vardır.

Yaşla bağlı makula degenerasiyası olan xəstələr, antioksidant təsirlərinə görə zəfərandan faydalana bilər.

Hətta üç ay və ya daha çox müddətə 20-50 mq gündəlik zəfəran doza kontrast həssaslığını və hərfləri görmə qabiliyyətini yaxşılaşdıra bilər.

Araşdırmalar göstərir ki, zəgəran qlaukomada gözdaxili təzyiqi azaldır və diabetik retinopatiyalı xəstələrdə görmə qabiliyyətinin yaxşılaşdırır.

Günay Quluzadə