Hər bir insanın, xüsusilə də qadınların baş bəlasına çevrilən sızanaqların çıxmağı bəzi xəstəliklərin xəbərçisi ola bilər.
Medicina.az üzdə çıxan sızanaqların mənasını araşdırıb sizə təqdim edir:
Burun və ətrafında çıxan sızanaqlar yüksək təzyiqin xəbərçisi ola bilər. Çalışın enerji içkiləri və duzdan uzaq durun, yetəri qədər meyvə-tərəvəz yeməyə diqqət edin.
Çənədə çıxan sızanaqlar bağırsaq ilə bağlıdır. Südlü və yağlı qidalardan uzaq durmaq məsləhət görülür.
Dodaq ətrafı yaranan sızanaq ağız və diş ilə bağlı ola bilər. Mütəmadi olaraq dişlərinizi təmizləyin və ağzınızı yuyun. Şəkərli yemək və içkilərdən isə uzaq dursanız məsləhətdir.
Alın nahiyəsində meydana çıxarsa bu, zəif həzm və susuzluq mənasına gəlir. Bol su içməli, qazlı içkiləri, kofeini, pəhrizi həyatınızdan uzaq tutmalısınız.
Göz ətrafı və qulaqlarda yaranarsa, bu bölgə böyrəklərlə bağlıdır. Bol su içməyinizdə və duzlu qidalardan uzaq durmağınızda fayda var.