Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üzdəki səpkilərin yeri ilə daxildəki xəstəlikləri tapa bilərsiniz - MARAQLI ARAŞDIRMA

  • 2018.04.30 15:18
  • 32126 Baxış
Üzdəki səpkilərin yeri ilə daxildəki xəstəlikləri tapa bilərsiniz -  MARAQLI ARAŞDIRMA
Üzün fərqli hissələrində çıxan sızanaqların səbəbi daxildəki xəstəliklərdir. 


Medicina.az xəbər verir ki, aparılan araşdırmalar üzün müxtəlif nahiyyələrində çıxan sızanaqların sağlamlıqla bağlı yaranan problemlərin xəbərçisi ola bildiyini aşkarlayıb.


Bu sızanaqlar hansı xəstəliyin əlamətidir və çıxma səbəbi nədir?


Stress, yuxusuzluq, həzm sistemi, qaraciyər ilə problem yaşayan insanlarda sızanaqlar daha çox alında müşahidə edilir.


Çənədə çıxan sızanaqlar isə əksər zaman hormonal problemlər yaşayan insanların başına gəlir.


Aparılan araşdırmalara görə üzün qulaq tərəfində çıxan sızanaqların səbəbi hormonal pozuntular, ağciyər, tənəffüs xəstəlikləridir.


Qaşlarda çıxan sızanaqlar isə qaraciyərdə yaranan problemdən xəbər verə bilər.


Burunda və üst dodaq nahiyəsində çıxan sızanaqların səbəbi isə qaraciyər,ürək, dalaq xəstəlikləri ola bilər. Həmçinin belə insanlar ədviyyatlı qidalardan uzaq durmalıdır.


Ancaq unutmayın ki sonda ən düzgün diaqnozu məhz həkim müayinə etdikdən sonra qoya bilər.

 

Şəhanə Quliyeva