Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üzdəki ləkələri aparan CƏFƏRİ MASKASI

  • 2017.10.14 13:05
  • 24220 Baxış
Üzdəki ləkələri aparan  CƏFƏRİ MASKASI
Hər kəsin dərisində zaman-zaman ləkələr yarana bilər. Bu ləkələrdən qurtulmaq üçün xanımlar bir çox vasitələrdən istifadə edirlər.

 

Bu vasitələrdən biri də cəfəridir. Cəfəri tərkibindəki C vitamini sayəsində ləkələrini aparmaqla yanaşı, dərini günəş ləkələrinə qarşı da qorumağa kömək edir.

 

Medicina.az ailəm.az-a istinadən cəfəri ilə hazırlanan iki maskanı təqdim edir:


1-ci MASKA


- 1 dəstə cəfəri


- 2 stəkan qaynamış su


- Yarım stəkan süd


Bir qazana 2 stəkan su töküb qaynadın. İçinə cəfərini saplarından ayıraraq atın və 5 dəqiqə qaynadın. Təxminən 10 dəqiqə dəmləndikdən sonra süzün və süd əlavə edərək qarışdırın. Soyuyandan sonra pambıqla üzünə sürtün.


2-ci MASKA


- 1 dəstə cəfəri


- 1 çay qaşığı təzə limon suyu

 

- 2 çay qaşığı bal


Cəfərini bir müddət suda saxlayın. Sonra saplarından ayırın və yarpaqlarını bıçaqla xırda-xırda doğrayın. Doğradığınız cəfərini həvəngdəstədə tam əzilənə döyün. İçinə bal və limon suyunu əlavə edərək yaxşıca qarışdırın. Göz ətrafını çıxmaq şərtilə üzünüzə çəkin.


10-15 dəqiqə dəriniz tərəfindən əmilməsini gözləyin. Sonra ilıq suyla durulayın. Bu maskanı həftədə bir dəfə tətbiq edin.