Aparıcı Zaur Baxşəliyevin əməliyyat otağında çəkdiyi video qınağa səbəb olub.
Medicina.az xəbər verir ki, aparıcı Afşin Azəri ilə birgə oxuduğu "Dəli oldu getdi" adlı mahnısını həkimin burun əməliyyat prosesi zamanı səsləndirməsi tənqid edilib.
Əməliyyat edən həkimin fikrinin yayındırılması xəstənin həyatını riskə atıb. Sosial şəbəkə istifadəçiləri Zaur Baxşəliyevin və həkimin bu addımını sərt tənqid ediblər.