Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zaur Əliyev: “Süni mayalanma, orqan köçürmələri ilə bağlı xidmətləri yenidən qiymətləndirmişik”

  • 2019.07.11 11:44
  • 4327 Baxış
Zaur Əliyev: “Süni mayalanma, orqan köçürmələri ilə bağlı xidmətləri yenidən qiymətləndirmişik”
  "İcbari tibbi sığorta ilə bağlı həyata keçirdiyimi pilot layihədə xidmətlərə müraciətlərin sayından asılı olaraq xidmətlər zərfinə müəyyən dəyişikliklər etmişik”. Medicina.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib. "Dəyişikliklərdən biri süni mayalanma, orqan köçürmələri ilə bağlıdır. Təbii ki, bunu yenidən qiymətləndirmişik. Bunlar böyük vəsait tələb edən sahələrdir. Hesablamalar da göstərir ki, gələn ildən müəyyən limitli həcmdə bunu başlamaq olar. İmkanlarımız artıqca bunu genişləndirmək olar. Hazırda xidmətlər zərfində təklif kimi çıxış edirik. Bunlar öz təsdiqini tapdıqdan sonra əminliklə deyə biləcəyik ki, həmin istiqamətlər üzrə nə qədər və hansı növbə ilə xidmət etməyi gözləyirik. Çünki burada növbəlilik ədalətli şəkildə gözlənilməlidir ki, ən çox ehtiyacı olan vətəndaşlar bu xidmətdən yararlana bilsin", - deyə Z. Əliyev bildirib.